Close Log-in

Log In

Azerbaijan Technical University Curriculum

Azərbaycan Texniki Universitetinin (AzTU) (əvvəl Azərbaycan Politexnik İnstitutu) ilk kafedralarından olan Ali riyaziyyat kafedrası 1950-ci ildə fəaliyyətə başlayıb.
1976-cı ildə professor Kərim Abdulxaliq oğlu Kərimovun təşəbbüsü ilə Tətbiqi və hesablama riyaziyyatı kafedrası yaradılıb. Sonra bu kafedra Tətbiqi riyaziyyat adlandırılıb. Daha sonra kafedra Riyaziyyat-2 adı altında fəaliyyətə başlayıb.
2001-ci ildə Riyaziyyat-1 və Riyaziyyat-2 kafedraları birləşdirilərək Riyaziyyat kafedrası adlandırılıb. 2019-cu ildə kafedranın adı yenidən dəyişilərək Mühəndis riyaziyyatı kafedrası adlandırılıb.
2021-ci ildə universitetdə struktur dəyişikliyi ilə əlaqədar olaraq İnformasiya texnologiyaları və proqramlaşdırma və Mühəndis riyaziyyatı kafedraları birləşdirilərək onların bazasında Mühəndis riyaziyyatı və süni intellekt kafedrası yaradılıb.
Hazırda kafedrada 3 ixtisas üzrə bakalavr səviyyəsində, 3 ixtisas üzrə isə magistratura səviyyəsində (10 ixtisaslaşma) kadr hazırlanır.

Kafedranın elmi istiqamətləri:
Kafedrada elmi tədqiqat işləri əsasən aşağıdakı istiqamətlərdə yerinə yetirilir:
• İnformasiyanın məhdudluğu şəraitində texniki sistemlərin idarə edilməsi metod və alqoritmlərinin işlənməsi;
• Korporativ informasiya sistemlərində və bulud (Cloud Computing) texnologiyalarıdan istifadədə təhlükəsizliyinin təmin olunması metodlarının işlənməsi;
• Süni intellekt (Artificial Intelligence) və intellektual proqram (Software) məhsullarının elmi-praktiki problemləri;
• Böyük verilənlər (Big Data) və Verilənlərin intellektual analizi (Data mining) texnologiyalarının perspektivləri və işlənilməsi problemləri.

Kafedranin əməkdaşlığı:
• Azərbaycan Respublikasında fəaliyyət göstərən universitetlərin uyğun Kafedraları;
• AMEA institutları;
• Türkiyə Universitetləri;
• Rusiya Federasiyasının universitetləri.