Close Log-in

Log In

Azerbaijan Technical University Curriculum

Kafedra müdiri

HOME Haqqımızda Kafedra müdiri
HOME




“Mühəndis riyaziyyatı” kafedrasının müdiri

texnika elmləri doktoru, professor

Nadir Ağayev


Tel: (+99412) 5391456
E-ünvan: Nadir_avia@yahoo.com


Nadir Bafədin oğlu Ağayev 03 aprel 1961-ci ildə Yardımlı rayonu, Mişkireyn kəndində anadan olub.

1983-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) “Tətbiqi riyaziyyat” fakültəsini “riyaziyyatçı” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.

1983-cü ildən EA-nın Dərin Neft və Qaz Problemləri İnstitutunda laborant, baş laborant, mühəndis, kiçik elmi işçi vəzifələrində işləyib.

1988-2008-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində kiçik elmi işçi, baş elmi işçi, baş müəllim, dosent vəzifələrində çalışıb.

Hazırda Milli Aviasiya Akademiyasının “İnformasiya texnologiyaları” kafedrasının professorudur.

1992-ci ildə “Regional qaz təchizatı sistemlərinin sistem-struktur analizi və hesabatı” mövzusunda dissertasiya müdafiə edib və texnika elmləri namizədi alimlik dərəcəsi alıb.

2008-ci ildə AMEA Kibernetika İnstitutunda (indiki İdarəetmə Sistemləri İnstitutu) “Müasir informasiya texnologiyalarının tətbiqi ilə qaz təchizatı sistemlərinin idarə edilməsinin model və alqoritmləri” mövzusunda texnika elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edib.

1998-ci ildə dosent, 2016-cı ildə professor elmi adı alıb.

1989-2008-ci illərdə “Azərbaycan Respublikasının qaz təchizatı sistemlərinin işinin effektivliyinin və səmərəliliyinin yüksəldilməsi” mövzusunda təsərrüfat hesablı müqavilələrdə icraçı,

2000-2008-ci illərdə “AZƏRİQAZ QSC-də qaz sərfi normalarının və itkilərin hesablanması üzrə normativ sənədlər”in hazırlanması üzrə işçi qrupun üzvü,

2004-2007-ci illərdə USAİD-in PA Consulting şirkətlər qrupunun “Azərbaycanda enerji sektoruna yardım” layihəsi üzrə ekspert,

2000-2010-cu illərdə “Ekoenergetika” Akademiyasının enerji layihələrində icraçı,

2014-2015-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olmuş “Plagiatlıqla mübarizə texnologiyalarının elmi-nəzəri və texnoloji əsasları” layihəsinin rəhbəri,

Elmin İnkişafı Fondunun 2016-cı ildə elan olunmuş “Elm-Təhsil inteqrasiyası” fundamental və tətbiqi xarakterli elmi-tədqiqat layihələri (EİF/MQM/Elm-Təhsil-1-2016-1(26) müsabiqəsində qalib gəlmiş “Ali təhsil müəssisələrində biliklərin intellektual qiymətləndirilməsi sisteminin yeni metod və alqoritmlərinin yaradılması” layihəsinin məsul icraçısı olub.


“Elmi Tərəqqi Fondu”nun SOCAR ilə birlikdə elan etdiyi layihələrdə:

2013-2014-cü illərdə “Azərbaycan Respublikası qaz təchizatı sistemlərinin optimal idarəedilməsinin informasiya-texnoloji modelləri” layihəsində məsul icraçı,

2014-2016-cı illərdə “Bakı şəhər qaz təchizatı sistemlərinin optimal yay və qış rejimlərinin informasiya-texnoloji modellərinin yaradılması” layihəsində rəhbər,

2017-2019-cu illərdə “Sahəvi suvurma sistemində vurucu quyuların optimal yerləşdirilməsi üçün proqram təminatı” layihəsində rəhbər olub.

Hazırda “Quyuların tədqiqi və layın kollektor xüsusiyyətlərinin məlumatlarının emalı üçün proqram təminatı” layihəsində rəhbərdir.


İxtisaslaşma sahəsi (kvalifikasiyası)

Texniki sistemlərin idarəedilməsi, istismarı problemlərinin müasir informasiya texnologiyalarının tətbiqi ilə həlli məsələləri, informasiyanın çatışmazlığı və qeyri-dəqiq olduğu şəraitdə qərar qəbul etmə, diaqnostika, tanınma məsələləri, süni intellekt sistemləri problemləri ilə məşğul olur.


Dissertasiya Şuralarında iştirakı:

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində fəaliyyət göstərən-FD 01.231 Dissertasiya Şurasının üzvü,

AMEA Geologiya İnstitutunun nəzdində fəaliyyət göstərən- D01.081 Dissertasiya Şurasının Elmi Seminarının üzvü,

MAA-nın nəzdində fəaliyyət göstərən ED 2.01 Dissertasiya Şurasının Elmi Seminarının üzvü.

Birdəfəlik Dissertasiya Şuralarının üzvü:

AAK sədrinin əmri ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində yaradılmış B/D 02. 042 Dissertasiya Şurasının üzvü,

AAK sədrinin əmri ilə AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdində yaradılmış B/D 01. 231 Dissertasiya Şurasının üzvü olub.


Redaksiya heyətinin üzvü olduğu elmi jurnallar:

“İnformasiya Texnologiyaları problemləri” elmi-praktiki jurnal

“Caspian Journal of applied Mathematics, Ecology and Economics. ISSN: 1560-4055

“Milli təhlükəsizlik və hərbi elmlər” elmi-praktiki jurnal

130-dan çox elmi əsərin, o cümlədən 4 monoqrafiya, 1 izahlı lüğət, 3 dərs vəsaiti, 6 metodik göstərişin müəllifidir. Elmi işləri Amerika, İngiltərə, Hindistan, Rusiya, Ukrayna, Latviya və digər ölkələrin elmi jurnallarında çap edilib.

2020-ci ilin fevral ayından AzTU-da “Mühəndis riyaziyyatı” kafedrasının müdiri vəzifəsinə təyin edilib və hazırda həmin vəzifədə çalışır.

Ailəlidir, 3 övladı var.